×
A
A
A
Sazlamalar

Qazaxda iki maşının toqquşması nəticəsində bir nəfər həyatını itirib

Bakı, 13 oktyabr, AZƏRTAC

Qazax rayonu ərazisində iki maşının toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisində Xanlıqlar kənd sakini Qələndər Məmmədovun idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini M.Musayevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib, Q.Məmmədov hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-13 16:18:00