×
A
A
A
Sazlamalar

Xəzər rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Xəzər rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 220 manat pul və 280 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Məlikəliyev saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-13 15:41:00