×
A
A
A
Sazlamalar

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 13 oktyabr, AZƏRTAC

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba şəhəri ərazisində rayon sakinləri E.Səfərovun idarə etdiyi “KamAZ” və H.Bədirovun idarə etdiyi “UAZ” markalı avtomobillər toqquşub. Nəticədə H.Bədirovun sərnişinlərindən Bəhram İsayev hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdirilib.
Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-13 14:51:00