×
A
A
A
Sazlamalar

Ağcabədi pambıqçıları düşmənin artilleriya atəşinə baxmayaraq məhsul yığımını davam etdirirlər

Ağcabədi, 13 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı bölmələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Bu günədək tarlalardan 8653,97 ton məhsul yığılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

Kənd təsərrüfatı 2020-10-13 14:03:00