×
A
A
A
Sazlamalar

Ermənistanın yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 37 məktəb dağılıb

Bakı, 13 oktyabr, AZƏRTAC 

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 37 məktəb dağılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Tərtərdə 12, Ağdamda 11, Gəncədə 5, Füzulidə 4, Goranboyda 3, Bərdə və Ağcabədidə isə bir məktəb dağıntılara məruz qalıb.
Xatırladaq ki, mülki əhalinin atəşə tutulması nəticəsində 3 məktəbli həlak olub. Naftalan şəhərində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdidir. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub.

Elm və təhsil 2020-10-13 12:54:00