×
A
A
A
Sazlamalar

Bugünkü valyuta hərracında tələb 62,9 milyon dollar olub

Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 62,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-10-13 12:51:00