×
A
A
A
Sazlamalar

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı ədəbiyyat xülasəsini istifadəçilərə təqdim edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu il İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal” ilə təltif olunmuş, xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi tamam olur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycesti (ədəbiyyat xülasəsi) istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daycestdə Əhmədiyyə Cəbrayılovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr toplanıb.
Daycestin hazırlanmasında əsas məqsəd xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolundan bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.
Daycest ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ehmediyye_Cebrayilov.pdf linkindən istifadə edə bilərlər.

Mədəniyyət 2020-10-13 11:03:00