×
A
A
A
Sazlamalar

“İçərişəhər” Qoruq İdarəsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Bakı, 13 oktyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, habelə Aparatında və strukturuna daxil olan qurumlarda çalışan əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, qurum torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 36 min 151 manat ianə edib.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Mədəniyyət 2020-10-13 09:23:00