Dekabrda Serbiyada keçirilməsi nəzərdə tutulan güləş üzrə dünya çempionatının planı təsdiqlənib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatının planı təsdiqlənib. Qeyd olunub ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını keçirməyə imkan verir. Ancaq UWW-nin bürosu qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.
UWW-nin prezidenti Nenad Laloviç deyib: "Güləşin dekabrda geri qayıtmasına nikbin baxırıq. Bizim üçün ən önəmlisi idmançıların, məşqçilərin və əməkdaşlarımızın təhlükəsizliyidir və Belqradda bunun üçün tələb olan bütün təhlükəsizlik tədbirlərinə riayət ediləcək".
İclasın yekununda gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib. Daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir