×
A
A
A
Sazlamalar

Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat

Bakı, 12 oktyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 52 şagird, işçi heyətdən 16 nəfər isə koronavirusa yoluxub. 10 məktəbdə və 15 sinifdə dərslər təhsilin distant formasına keçirilib. Beləliklə, respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 20-yə, siniflərin sayı isə 55-ə çatıb.

Elm və təhsil 2020-10-12 19:11:00