×
A
A
A
Sazlamalar

Braziliyalı futbolçu Azərbaycana dəstək nümayiş etdirib

Bakı, 12 oktyabr, AZƏRTAC

“Kəpəz” və “Neftçi”nin keçmiş futbolçusu Dario Frederiko Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatlara münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, braziliyalı hücumçu “Instagram” hesabında Azərbaycana dəstək nümayiş etdirib.
O, “Erməni terroruna son, Qarabağ Azərbaycandır! Tanrı Azərbaycanı qorusun. Mən sizinləyəm”, – deyə paylaşım edib.

İdman 2020-10-12 18:48:00