“Qarabağ”ın sabiq qapıçısı İngiltərə Premyer Liqasında oynaya bilər
Bakı, 12 oktyabr, AZƏRTAC
2019/2020-ci il mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edən Asmir Beqoviç İngiltərə Premyer Liqasında oynaya bilər.
AZƏRTAC xəbər verir ki, “Liverpul” klubu hazırda qapıçı axtarışındadır. “Bornmut” klubunda çıxış edən Asmir Beqoviç də İngiltərə təmsilçisinin qolkiper siyahısındadır.
Bosniya və herseqovinalı oyunçu 2017-ci ildə “Çelsi”dən “Bornmut” klubuna transfer olub. Klub mövsümün sonunda müqaviləsi başa çatan Beqoviçi qış transfer pəncərəsi dövründə sata bilməsə oyunçunun transferindən gəlir əldə edə bilməyəcək.
Qeyd edək ki, “Liverpul”un əsas qapıçısı Alisson Beker zədələnib. Premyer Liqanın son turunda “Aston Villa”ya 2:7 hesabı ilə məğlubiyyətdən sonra ehtiyat qapıçı Adriana inam azalıb.
Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub