×
A
A
A
Sazlamalar

“Light” neftinin qiyməti 40 dollardan aşağı düşüb

Bakı, 12 oktyabr, AZƏRTAC

Birjalarda neft qiymətlərinin sürətli ucuzlaşması davam edir.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti “Delta” qasırğasından sonra Meksika körfəzində neft istehsalı obyektləri fəaliyyətini bərpa etməsi və Liviyanın qərbindəki “Sharara” neft yatağında fors-major vəziyyətin aradan qaldırılmaqla hasilatın yenidən bərpası fonunda gün ərzində 1 dollar/barreldən çox ucuzlaşıb.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 41,72 dollar, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 39,38 dollara satılır.

Neft - qaz 2020-10-12 18:32:00