×
A
A
A
Sazlamalar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Sali Berişadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,
Artıq bir həftədir ki, biz çox sayda insanın həlak olması və yaralanmasına səbəb olan silahlı münaqişəni izləyirik. Bu münaqişənin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlıdır. Beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilər də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Azərbaycanın otuz ildir Ermənistan tərəfindən işğal olunan əraziləri üzərində tam suverenliyini bərpa etmək hüququnu qətiyyətlə dəstəkləyərək, dünya birliyini bu münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun olaraq tam şəkildə həllində, Azərbaycan ərazilərinin işğalına son qoyulmasında fəal iştirak etməyə çağırıram.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi, hamımızın dəstəyinə arxalana bilərsiniz. Ürəkdən arzu edirəm ki, Azərbaycan bu haqq mübarizəsində qalib gəlsin.
Hörmətlə,


Sali Berişa
1992-1997-ci illərdə Albaniyanın Prezidenti
2005-2013-cü illərdə Albaniyanın Baş Naziri
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Məktublar 2020-10-12 18:40:00