×
A
A
A
Sazlamalar

“GRE: General Test” imtahanı keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) “GRE: General Test” imtahanı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib.
İmtahanda 5 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini Təhsildə Qiymətləndirmə Xidmətinin (ETS - Educational Testing Service) saytında 10-15 gün sonra öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi DİM-dir. Növbəti GRE imtahanının noyabrın 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Elm və təhsil 2020-10-12 16:52:00