×
A
A
A
Sazlamalar

Qəbələdə tərəvəz və kartof yığımı başa çatıb

Qəbələ, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun torpaq mülkiyyətçiləri builki mövsümdə 401 hektar sahədə tərəvəz yetişdiriblər. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı artıq başa çatıb. Fermerlər bu il 3 min 555 ton tərəvəz istehsal ediblər. Hər hektarın orta məhsuldarlığı 88,6 sentner olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda kartof yığımı da başa çatıb. Torpaq mülkiyyətçiləri cari ildə 408 hektar kartof sahəsindən 3 min 125,6 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 76,6 sentner kartof tədarük olunub.
Rayonda meyvə, giləmeyvə, üzüm, dən üçün qarğıdalı və tütün yığımı davam edir. Hazırda rayon ərazisində 8 min 887,5 hektar meyvə və giləmeyvə bağları var. İndiyədək bu bağlardan 11 min 402,8 ton məhsul yığılıb.

Kənd təsərrüfatı 2020-10-12 16:36:00