×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirmədə uğur qazanan namizədlərin qeydiyyatı başa çatır

Bakı, 12 oktyabr, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirmənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlərin qeydiyyatı başa çatır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər bu gün saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Qeyd olunan vaxtadək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.
Xatırladaq ki, sözügedən mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və 730 namizəd vakant yer tutub.

Elm və təhsil 2020-10-12 16:32:00