×
A
A
A
Sazlamalar

Aviasiya sənayesinin neft tələbatı 2023-cü ildə bərpa olunacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Aviasiya sənayesinin neft tələbatının bərpası 2023-cü ildə mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.
Hesabata görə, keçən il gündəlik 44,4 milyon barrel neft ekvivalenti olan avtomobil nəqliyyatının neft tələbatının 2045-ci ildə sutkada 47 milyon barrelə çatacağı gözlənilir.
COVID-19 epidemiyasından ən çox təsir görən və cari ildə 50 faiz geriləmə qeydə alınan aviasiya sektorunun neft tələbatı 2019-cu ildəki səviyyəyə yalnız 2023-2024-cü illərdə çatacaq. Aviasiya sənayesinin neft tələbatının orta müddətdə azalmaya baxmayaraq, uzunmüddətli dövrdə bərpa ediləcəyi proqnozlaşdırılır.

 

Neft - qaz 2020-10-12 14:55:00