×
A
A
A
Sazlamalar

DİN: Ötən gün törədilmiş 20 cinayətin üstü daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Ötən gün ərzində törədilmiş 20 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə altı nəfər, o cümlədən borclu şəxs qismində axtarılan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

 

Hadisə 2020-10-12 13:31:00