Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi təxirə salınıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi sentyabr ayınadək təxirə salınıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, son günlər vergi xidmətinə işə qəbulla bağlı imtahanların nə zaman keçiriləcəyi barədə suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi vəzifələrini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.
O qeyd edib ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər, həmçinin Ermənistan silahlı qüvvələrinin mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli Fərmanına əsasən, ölkədə elan olunmuş hərbi vəziyyət vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.
E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərin nəzərinə çatdırıb ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.
Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdirələcək.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb