×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələri müsahibəsində 29 namizəd uğur qazanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in oktyabrın 12-si saat 12:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 29 nəfər uğur qazanıb. Onlardan 12-si Təhsil Nazirliyində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 4-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 4-ü Milli Arxiv İdarəsində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak etmək üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Elm və təhsil 2020-10-12 12:33:00