×
A
A
A
Sazlamalar

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 12-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 579,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01 faiz təşkil edib.

Maliyyə 2020-10-12 11:54:00