×
A
A
A
Sazlamalar

OPEC: 2045-ci ildə qlobal enerji tələbatı sutkada 361 milyon barrel neft ekvivalenti olacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Keçən il gündəlik 289 milyon barrel neft ekvivalenti olan qlobal enerji tələbatının 2045-ci ildə sutkada 361 milyon barrel neft ekvivalentinə çatacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.
Bildirilir ki, yeni növ koronavirus enerji və neft tələbatında ən kəskin azalmaya səbəb olub. Enerji bazarı keçən ilin noyabrından bəri görünməmiş bir dəyişikliyin şahididir. Epidemiya 1930-cu illərin Böyük Depressiyasından bəri ən böyük iqtisadi tənəzzülə səbəb olub.
Hesabata görə, 2045-ci ilədək Paris Sazişinin hədəflərinə yönəlmiş siyasətlər əsasən bərpaolunan enerji mənbələrində transformasiyaya və istixana qazı emissiyalarının azaldılmasına dəstək verməyə yönəlməkdə davam edəcək.
Cari ildə kəskin azalmaya baxmayaraq, keçən il gündəlik 289 milyon barrel neft ekvivalenti olan qlobal enerji tələbatı 2045-ci ildə sutkada 361 milyon barrelə çatacaq.

 

Neft - qaz 2020-10-12 11:24:00