“Qarabağ xalq sənətkarlığı” adlı sərgi istifadəçilərə təqdim olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Qarabağ xalq sənətkarlıq nümunələrinin tanıdılması məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ xalq sənətkarlığı” sərgisini virtual rejimdə istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Qarabağ bölgəsinin qədim xalçaçılıq sənəti, zərgərlik nümunələri, qədim türk musiqi alətləri və onlar haqqında məlumatlar, fotolar nümayiş olunur.
Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Azərbaycanın ən qədim bölgələrindən biri və bu torpağın incisi sayılan Qarabağ həm də sənət, mədəniyyət mərkəzi kimi şöhrətlənib. Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə, toxuculuq, təsvirisənət, zərgərlik və digər sənət növləri özünəməxsus yer tutur.
Qarabağ dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır. Qarabağ bütünlükdə, mədəniyyətimizin, musiqimizin beşiyidir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalq_senetkarligi/index.htm linkindən istifadə edə bilərlər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir