×
A
A
A
Sazlamalar

Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb

Bakı, 12 oktyabr, AZƏRTAC 

Yerli vaxtla saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.

Hadisə 2020-10-12 07:44:00