×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

Ordu 2020-10-11 16:20:00