×
A
A
A
Sazlamalar

Gəncədə çoxmənzilli binanın dağıntıları altından digər bir sakinin də cəsədi çıxarılıb

Gəncə, 11 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində dağılan binanın dağıntıları altından saat 11:20 radələrində daha bir sakinin cəsədi çıxarılıb.
Bu barədə AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

2020-10-11 11:30:00