×
A
A
A
Sazlamalar

Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat

Bakı, 11 oktyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 26 şagirdin, işçi heyətdən 1 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 21 şagird, işçi heyətdən 8 nəfər isə koronavirusa yoluxub. 2 sinifdə əyani təhsilə keçid olunub. 8 məktəbdə və 6 sinifdə dərslər təhsilin distant formasına keçirilib. Beləliklə respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 10-a, siniflərin sayı isə 40-a çatıb.

Elm və təhsil 2020-10-11 09:16:00