×
A
A
A
Sazlamalar

ÜST koronavirusa təkrar yoluxmanın öyrənilməsi üzrə qrup yaradıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının öyrənilməsi üzrə xüsusi qrup yaradıb. Təşkilat insanlarda güclü immunitetin əmələ gəlməsi barədə məlumata malikdir, lakin bu immunitetin hansı müddətə davamlı ola biləcəyi hələ məlum deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə brifinqdə ÜST-nin fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib.
O deyib: “Çox ölkələrdə təkrar yoluxma hallarının baş verməsi bizə məlumdur. Bizim təkrar yoluxma üzrə xüsusi işçi qrupumuz var. Çünki çoxlu suallarımız var. Hazırda müxtəlif ölkələrdən xeyli xəbərlər almışıq, lakin təkrar yoluxma ilə bağlı əhalinin faizlə dəyərləndirilməsi barədə məlumatımız yoxdur. Məsələ birinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranması və ikinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranmasındadır”.
ÜST daha bir suala cavab tapmağa ümid edir: xəstəliyin təkrar dövrü nə dərəcədə ciddidir və virusun daha yüngül formasına yoluxmaq mümkündürmü?
Onun sözlərinə görə, COVID-19-a təkrar yoluxan insanlarda güclü immunitet yaranması barədə ÜST-də məlumatlar var. Lakin hələ məlum deyil ki, bu, hansı müddət davam edəcək. Bəzi tədqiqatlar göstərir ki, möhkəm immunitetin mövcudluğu özünü beş ayadək müddət ərzində göstərir, digərləri isə az miqdarda anticisimlərin yaranmasını qeyd edirlər.

Səhiyyə 2020-10-10 18:30:00