×
A
A
A
Sazlamalar

DİN: Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

 

Hadisə 2020-10-10 13:50:00