×
A
A
A
Sazlamalar

Salyanda bostan məhsullarının yığımı başa çatıb

Salyan, 10 oktyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda bostan məhsullarının yığımı başa çatıb. İstehsalçılar bostan sahələrindən cari ilin doqquz ayı ərzində 16 min 642,4 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 470,2 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, salyanlı əkinçilər bu mövsüm 1007,1 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun 682,1 hektarını qarpız, 324,5 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda məhsul bol olub. Əkinçilər becərdikləri sahələrdən 16 min 642,4 ton qarpız-yemiş toplayaraq yığımı başa çatdırıblar. Yığılan məhsulun 12 min 284,5 tonunu qarpız, 4 min 357,9 tonunu isə yemiş təşkil edir.

Kənd təsərrüfatı 2020-10-10 10:33:00