×
A
A
A
Sazlamalar

Yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

Ekologiya 2020-10-09 20:54:00