×
A
A
A
Sazlamalar

Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru Qarri Yakobsdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Ümumdünya Elm və İncəsənət Akademiyası Dağlıq Qarabağda hazırda baş verən hadisələri böyük narahatlıqla izləyir. Həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik. Biz akademiklər inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməli və onlara uyğun davranmalıdır.
Son on il ərzində biz müttəfiqimiz olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dialoq, tolerantlıq və anlaşmanın təşviq olunması istiqamətində sıx əməkdaşlıq etmişik. Ümid edirik ki, bu, dünyaya fayda verməyə davam edəcək.

 


Hörmətlə,
Qarri Yakobs
Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru.

Məktublar 2020-10-09 19:08:00