×
A
A
A
Sazlamalar

SOCAR-ın törəmə şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 17 milyon manat ianə edib

Bakı, 9 oktyabr, AZƏRTAC
SOCAR-ın işçiləri könüllü şəkildə öz əməkhaqlarından 5 milyon manat məbləğində əlavə ianə toplayıblar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın törəmə şirkəti (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.
Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət edirlər. Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR-ın işçiləri şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq öz əməkhaqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciət ediblər. SOCAR-ın işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də yaxın zamanda şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna köçürüləcək. SOCAR-ın müxtəlif müəssisələrində ianələrin toplanması davam edir.

Neft - qaz 2020-10-09 17:31:00