×
A
A
A
Sazlamalar

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Azıx mağarası

Bakı, 9 oktyabr, AZƏRTAC 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material Azıx mağarasına həsr edilib.
Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağara düşərgəsi (inv. 22) Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.
Burada aşkar olunan qədim insana məxsus alt çənə sümüyünün 350-400 min il yaşı var. Azıx mağarasında çənə sümüyündən başqa qədim insanlara məxsus müxtəlif alətlər və ocaq izləri də aşkar olunub.
Ərazi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra mağarada dəfələrlə qanunsuz arxeoloji qazıntı işləri aparılıb.
Son dövrlər Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən silah anbarı kimi istifadə olunub.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Mədəniyyət 2020-10-09 17:17:00