×
A
A
A
Sazlamalar

“BOS Şelf” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

Bakı, 9 oktyabr, AZƏRTAC 

“BOS Şelf” şirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzla hədsiz dərəcədə qürur duyuruq. Vətənimizi qoruyan və ərazi bütövlüyü uğrunda mübarizə aparan hər bir insanla fəxr edirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə şirkətin məlumatında qeyd olunur.
“BOS Şelf”in Orduya çağırılan hər bir işçisinə onların mövcud aylıq əməkhaqlarının iki misli məbləğində hərbi xidmətin sonunadək ödəniş olacağı bildirilib.
"Hazırda “BOS Şelf”in 60-dan çox əməkdaşı Orduya çağırılıb. Bu cəsarətli yolda hər bir işçimizi dəstəkləyirik və dəstəkləyəcəyik", - deyə şirkətin məlumatında qeyd edilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Neft - qaz 2020-10-09 17:07:00