® “Kapital Bank” müştərilərinə müraciət edib
Sentyabr ayının 27-dən başlayaraq müharibə şəraitinin davam etməsi səbəbindən cəbhə bölgəsi ilə yanaşı, ölkədə informasiya və kiber müharibə sahəsində də gərginlik davam edir.
Həmçinin Ermənistanın ölkəmizə qarşı olan təxribatları bank-maliyyə sektorundan da yan keçməyib. Belə ki, ölkə banklarının müştərilərinə bank, bankın rəhbər şəxsləri və ya əməkdaşları adından bankın serverinin erməni hakerlərinin hücumuna məruz qaldığı və bu səbəbindən bankdan depozitlərin dərhal geri çəkilməsinə dair həqiqətə uyğun olmayan mesajlar və elektron məktublar göndərilir. Müştərilərdən xahiş edirik ki, belə məzmunlu, həmçinin buna bənzər digər əsassız və mənbəyi göstərilməyən məlumatlara əhəmiyyət verməsinlər və yalnız bank tərəfindən KİV-də və ya saytda yerləşdirilən rəsmi xəbərlərə istinad etsinlər.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb