×
A
A
A
Sazlamalar

Kürdəmirdə 45 min hektarda payızlıq taxıl əkiləcəyi proqnozlaşdırılır

Kürdəmir, 9 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda payızlıq taxıl əkininə start verilib və qısa vaxtda 100 hektarda əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq əkinə 25 taxılsəpən və 274 traktor cəlb edilib. Əkində əsasən yerli toxumlardan istifadə olunur. “Qarabağ-33”, “Qarabağ-22” arpa, “Murov-2”, “Qobustan”, “Taleh”, “Bərəkətli-95” buğda sortları artıq əkin üçün hazırlanıb. Ümumiyyətlə, kifayət qədər - 1325 ton toxum tədarük olunub. Bunun 950 tonu buğda, 375 tonu arpadır.
Qeyd edək ki, bu payızda 45 min hektarda payızlıq taxıl əkiləcəyi proqnozlaşdırılır. Hazırda bütün ərazilərdə, xüsusilə daha çox taxıl əkilən Pirli, Şilyan, Carlı, Muradxan, Sor-Sor ərazi dairələrində səpin sürətlə davam etdirilir.

 

Kənd təsərrüfatı 2020-10-09 14:53:00