×
A
A
A
Sazlamalar

Milli Arxiv İdarəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 9 oktyabr, AZƏRTAC
Torpaqlarımızın qaytarılması uğrunda rəşadətlə döyüşən ordumuza dəstək hər bir azərbaycanlının borcudur.
Bu gün işğalçı erməni ordusu üzərində qazanılan hər zəfər bizi Böyük Qələbəyə bir addım da yaxınlaşdırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə ümumxalq həmrəyliyi düşmənə qarşı mübarizədə qələbənin əsas amilidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi aparatının, dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının əməkdaşları da torpaqlarımızın işğaldan azad edilməsi üçün orduya dəstək kampaniyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

 

Mədəniyyət 2020-10-09 13:48:00