×
A
A
A
Sazlamalar

Neftçalada ət istehsalı artıb

Neftçala, 9 oktyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon Statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 44 min 249 baş mal-qara və 146 min 281 baş qoyun-keçi saxlanılır.
Oktyabrın 1-nə olan məlumata görə, rayonda 9 min 766,4 ton mal əti (diri çəkidə), 21 min 739,6 ton süd, 6 min 488 ton quş əti, 15 milyon 146 min ədəd yumurta, 290,5 ton isə yun istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 7,9, yumurta istehsalı 10,4, quş əti istehsalı isə 11,9 faiz çoxdur.

Kənd təsərrüfatı 2020-10-09 11:47:00