×
A
A
A
Sazlamalar

Geyim mallarının emala verilməsi prosesinin sənədləşdirilməsi elektronlaşdırılıb

Bakı, 9 oktyabr, AZƏRTAC 

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, geyim mallarının emala verilməsi və emal prosesi keçmiş malların qaytarılması prosesinin sənədləşdirilməsi elektronlaşdırılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən malları istehsalçıya təhvil verən müəssisə həmin xammala görə malları emal edəcək müəssisəyə “malların emala verilməsi barədə” elektron qaimə-faktura göndərir.
İstehsalçı tərəfindən alınmış xammaldan istehsal edilən hazır məhsullar isə müəssisəyə “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-faktura əsasında qaytarılır.

Maliyyə 2020-10-09 11:40:00