×
A
A
A
Sazlamalar

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri yaxalanıblar

Bakı, 8 oktyabr, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə oktyabrın 1-nə keçən gecə rayon ərazisindəki köşklərin birindən 300 manat məbləğində pul və 2200 manat dəyərində tütün məmulatının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Hüseynov və əvvəllər məhkum olunmuş T.Kalbalılı saxlanılıb.
V.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iki nəfərlə birgə daha iki köşkdən ümumilikdə 2900 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Hadisə 2020-10-08 17:51:00