×
A
A
A
Sazlamalar

Oğurluqda şübhəli bilinən Sabirabad şəhər sakini saxlanılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Sabirabad Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən ərzaq, tütün məmulatı, bir fermadan və iki həyətyanı sahədən su mühərriki və qoyun oğurlanması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Sabirabad şəhər sakini Y.Əzizov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-10-08 17:04:00