×
A
A
A
Sazlamalar

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Bakı, 8 oktyabr, AZƏRTAC

Şəmkir rayonunun S.Vurğun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunun S.Vurğun kəndi ərazisində kənd sakini Elməddin Sarıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

Hadisə 2020-10-08 17:01:00