×
A
A
A
Sazlamalar

Beyləqan rayon sakinində marixuana aşkar edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Beyləqan rayon sakinində marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmovun Tatalılar kəndində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 457 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində təhqiqatlar davam edir.

Hadisə 2020-10-08 15:53:00