×
A
A
A
Sazlamalar

Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Bakı, 8 oktyabr, AZƏRTAC 

Torpaqlarımızın qaytarılması uğrunda rəşadətlə döyüşən ordumuza dəstək hər bir azərbaycanlının borcudur.
Bu gün işğalçı erməni ordusu üzərində qazanılan hər zəfər bizi Böyük Qələbəyə bir addım da yaxınlaşdırır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi vətənimizin bütövlüyü, suverenliyi uğrunda döyüşən ordumuzla fəxr edir.
AZƏRTAC xəbər verir ki, igid əsgərlərimizə dəstək məqsədilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna muzeyin əməkdaşlarının könüllü iştirakı ilə ianə edib.

Mədəniyyət 2020-10-08 15:07:00