×
A
A
A
Sazlamalar

Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 8 oktyabr, AZƏRTAC

Nizami rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Elyar Bağırov idarə etdiyi “Niva” markalı avtomobili işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-08 14:27:00