×
A
A
A
Sazlamalar

Quldurluq törətməkdə şübhəli bilinən Samux rayon sakini saxlanılıb

Bakı, 8 oktyabr, AZƏRTAC
Quldurluq törətməkdə şübhəli bilinən Samux rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsinə müraciət edən Kolayır kənd sakini Ə.Paşayev oktyabrın 6-da idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləmiş bir nəfərin onu bıçaqla hədələyərək 100 manat pulunu almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lək kənd sakini R.Əliyev saxlanılıb.
Samux Rayon Polis Şöbəsində faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-10-08 14:25:00