×
A
A
A
Sazlamalar

“Ferrum Kapital” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da “Ferrum Kapital” MMC-nin ümumi dəyəri 2 milyon 500 min manat olan istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 2500 ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 12,5 faiz, tədavül müddəti 1 il, kupon faizlərinin ödəniş müddəti 30 gündür. “Ferrum Kapital”ın istiqrazlarının mülki hüquq münasibətlərində zamini qismində onun əsas səhmdarı olan “AQA Şirkətlər Qrupu” çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

 

Maliyyə 2020-10-07 17:59:00