×
A
A
A
Sazlamalar

Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb

Bakı, 7 oktyabr, AZƏRTAC
Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən M.İsmayılov oktyabrın 6-da işlədiyi mağazadan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə apardığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Salmanov saxlanılıb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-07 17:13:00